Advertisement

İran Silahlı Qüvvələrinin Baş Qərargahı helikopterin qəzaya uğraması ilə bağlı ilkin hesabat dərc edib

Bakı. Trend:

İran Silahlı Qüvvələrinin Baş Qərargahı prezident İbrahim
Rəisinin də olduğu helikopterin qəzaya uğraması ilə bağlı ilkin
hesabat dərc edib.

Trend-in məlumatına görə, bu barədə İranın “İRNA” dövlət
agentliyi məlumat verib.

Hesabatda qeyd edilib ki, bəzi detalların öyrənilməsi üçün “daha
​​çox vaxt” tələb olunacaq.

Məlumata görə, ilkin araşdırmalar göstərib ki, helikopter
nəzərdə tutulan marşrut üzrə hərəkət edib və uçuş marşrutunu
dəyişməyib. Qəzadan təxminən bir dəqiqə yarım əvvəl pilot uçuş
heyətində olan digər iki helikopterlə əlaqə saxlayıb.

“Qəzaya uğrayan helikopterin qalıqlarında heç bir atəş izi və ya
oxşar zədə izləri aşkar edilməyib”, – deyə hesabtda qeyd olunub.
Baş Qərargahdan bildirilib ki, helikopter dağla toqquşduqdan sonra
yanıb. Dispetçerlərlə ekipaj arasındakı söhbətlərdə “şübhəli heç nə
də müşahidə edilmədi”.