Advertisement

ABŞ Gürcüstanla münasibətləri yenidən nəzərdə keçirməyə başlayır

Bakı. Trend:

ABŞ Tbilisidə qəbul edilən “xarici təsir haqqında” qanunla
əlaqədar Gürcüstanla ikitərəfli münasibətlərə yenidən baxılmasına
başlayır.

Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibi Antoni
Blinken bildirib.

“Bu gün mən ABŞ və Gürcüstan arasında ikitərəfli əməkdaşlığın
hərtərəfli baxılmasına başlayıram”, – deyə o qeyd edib.

Eyni zamanda, dövlət katibi vurğulayıb ki, “ölkələrimiz arasında
münasibətləri nəzərdən keçirərkən, öz qərarlarımızı qəbul edəndə
Gürcüstanın hərəkətlərini nəzərə alacağıq”.

O, ümid etdiyini bildirib ki, “Gürcüstan liderləri qanuna
yenidən baxacaq və ölkələrinin demokratik və Avro-Atlantik
istəklərinə nail olmaq üçün addımlar atacaqlar”.

A.Blinken həmçinin bəyan edib ki, ABŞ Gürcüstana qarşı viza
məhdudiyyəti siyasəti tətbiq edəcək. Onun sözlərinə görə, gu
məhdudiyyət “ Gürcüstanda demokratiyanın pozulmasına görə
məsuliyyət daşıyan və ya bu prosesdə iştirak edən şəxslərə, habelə
onların ailə üzvlərinə şamil olunacaq”