Bakı. Trend:
Cənubi Koreya Şimali Koreyadan olan yeddi şəxsə və iki Rusiya
gəmisinə qarşı sanksiyalar tətbiq edib.
Trend-in
məlumatına görə, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyi
bildirib.
Məlumata əsasən, sanksiyalar Şimali Koreyanın raket və nüvə
proqramlarını maliyyələşdirməsi və Rusiya ilə KXDR arasında hərbi
yüklərin daşınması ilə əlaqədardır:
“Hökumətimiz Şimali Koreyadan olan 7 şəxsə və iki Rusiya
gəmisinə qarşı Şimali və Rusiya arasında hərbi yüklərin daşınması
və silah müqaviləsi, xarici valyutanın alınması və neftin
çatdırılması yolu ilə nüvə və raket proqramlarının inkişafının
maliyyələşdirilməsi ilə əlaqədar müstəqil sanksiyalar tətbiq
edir”.
Seul bu fəaliyyətin BMT Təhlükəsizlik Şurasının qətnamələrini
pozduğunu bildirib. Nazirlik qeyd edib ki, iki Rusiya gəmisi Rusiya
ilə Şimali Koreya arasında çoxlu sayda konteyner daşıyaraq hərbi
yük çatdırıb.





























