Advertisement

Yanvar-aprel aylarında ABŞ vətəndaşları Türkiyədə 200-ə yaxın daşınmaz əmlak alıb

Bakı. Trend:

2024-cü ilin yanvar-aprel aylarında ABŞ vətəndaşları Türkiyədə
167 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü
ilə müqayisədə 70 obyekt azdır.

Trend xəbər verir ki, bu
barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz
Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə, bu ilin aprel ayında ABŞ vətəndaşları Türkiyədə
34 daşınmaz əmlak alıblar ki, bu da 2023-cü ilin aprel ayı ilə
müqayisədə 14 obyekt azdır.

Qeyd edək ki, 2024-cü ilin aprel ayında Türkiyədə 75 min 569
mənzil satın alınıb ki, bu da 2023-cü ilin aprel ayı ilə müqayisədə
11,8 faiz azdır.

Məlumata görə, 2024-cü ilin yanvar-aprel aylarında Türkiyədə 355
min 173 mənzil satın alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə
müqayisədə 3,7 faiz azdır.

2024-cü ilin aprel ayında Türkiyədə xarici vətəndaşlara 1 272
mənzil satılıb ki, bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 50,3
faiz azdır.

Eyni ilin yanvar-aprel aylarında əcnəbi vətəndaşlar Türkiyədən 6
min 957 mənzil alıblar ki, bu da keçən ilin eyni dövrü ilə
müqayisədə 48,4 faiz azdır.