Advertisement

ABŞ Gürcüstanda bu qanun layihəsinin qəbuluna cavabdeh şəxslərə viza verilməsini məhdudlaşdıracaq

Bakı. Trend:

ABŞ Dövlət Departamenti Gürcüstanda “Xarici təsirin şəffaflığı
haqqında” qanun layihəsinin qəbuluna cavabdeh olan şəxslərə viza
verilməsini məhdudlaşdıracaq.

Trend xəbər
verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken məlumat
yayıb.

Məlumatda qeyd olunub ki, məhdudiyyət sözügedən şəxslərin ailə
üzvlərinə də tətbiq olunacaq.

Xatırladaq ki, bu yaxınlarda “Politico” nəşri ABŞ-nin
Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini
təşviq edən məmurlara və digər şəxslərə qarşı sanskiyalar tətbiq
edəcəyini yazıb.

Qeyd edək ki, mayın 14-də Gürcüstan parlamenti parlamentində
“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü
oxunuşda qəbul edib. Qanun layihəsi gəlirlərinin 20 faizindən çoxu
xaricdən əldə olunan qeyri-kommersiya hüquqi şəxslərin və KİV-lərin
xüsusi reyestrdə qeydiyyata alınmasını nəzərdə tutulur.

Gürcüstan prezidenti Salome Zurabişvili qanun layihəsinə veto
qoyub. Ölkə parlamenti mayın 28-də prezidentin vetosunu aradan
qaldırmaq üçün səsvermə keçirəcək.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun