Advertisement

Yaxın Şərq və Ukraynadakı vəziyyət qlobal münaqişə ilə nəticələnə bilər – MDB baş katibi

Bakı. Trend:

Yaxın Şərqdə və Ukraynada ətrafında formalaşmış vəziyyət qlobal
miqyasda qarşıdurma ilə nəticələnə bilər.

Trend xəbər
verir ki, bu barədə Müstəqil Dövlətlər Birliyinin (MDB) baş katibi
Sergey Lebedev Bişkekdə MDB-yə üzv dövlətlərin təhlükəsizlik və
xüsusi xidmət orqanları rəhbərləri Şurasının 54-cü iclasının
iştirakçılarına müraciətdə deyib.

“Əfsuslar olsun ki, dünya qlobal münaqişə təhlükəsi altındadır,
təkcə Ukraynadakı geosiyasi qarşıdurma deyil, həm də Yaxın Şərqdəki
son dərəcədə gərgin vəziyyət, neonasist ideologiyasının və ksenofob
əhval-ruhiyyənin yayılması, bu fonda beynəlxalq terror
təşkilatlarının fəallaşması bundan xəbər verir”, – MDB baş
katibinin birinci müavini Leonid Anfimov tərəfindən oxunan
müraciətdə deyilib.

Bişkekdə MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət
orqanları rəhbərləri Şurasının 54-cü iclası öz işinə başlayıb.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin
yaydığı məlumata görə, tədbir çərçivəsində MDB ölkələrində
vəziyyətin destabilizasiyası və konstitusiya quruluşunun zorakı
yolla dəyişdirilməsi üzrə xaricdə döyüş hazırlığı və təcrübə keçmiş
şəxslərin aşkarlanması və qarşısının alınması üzrə birgə tədbirlər
müəyyən ediləcək.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun