Advertisement

NATO Moldovanı Rusiya və Belarusla münaqişəyə sürükləyir – Bortnikov

Bakı. Trend:

NATO Moldovanı Rusiya və Belarusla hərbi qarşıdurmaya
sürükləməyə çalışır.

Trend xəbər
verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin
direktoru Aleksandr Bortnikov Müstəqil Dövlətlər Birliyinin (MDB)
baş katibi Sergey Lebedev Bişkekdə MDB-yə üzv dövlətlərin
təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 54-cü
iclasında çıxışında deyib.

“NATO Moldovanı sözün həqiqi mənasında Rusiya və Belarusla hərbi
qarşıdurmaya sürükləyir”, – o deyib.

Qeyd edək ki, Bişkekdə MDB-yə üzv dövlətlərin təhlükəsizlik və
xüsusi xidmət orqanları rəhbərləri Şurasının 54-cü iclası
keçirilir.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin
yaydığı məlumata görə, tədbir çərçivəsində MDB ölkələrində
vəziyyətin destabilizasiyası və konstitusiya quruluşunun zorakı
yolla dəyişdirilməsi üzrə xaricdə döyüş hazırlığı və təcrübə keçmiş
şəxslərin aşkarlanması və qarşısının alınması üzrə birgə tədbirlər
müəyyən ediləcək.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun