Bakı. Trend:
İsrail ordusu Qəzzada daha üç girovun meyitini aşkarlayıb.
Trend xəbər
verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
Məlumata görə, 30 yaşlı Orion Ernandes Radu, 42 yaşlı Hanan
Yablonka və 59 yaşlı Mişel Nisenbaum HƏMAS-ın 2023-cü il 7 oktyabr
tarixli hücumu zamanı öldürülüb.
Qeyd olunub ki, meyitlər məhkəmə-tibbi ekspertizası nəticəsində
tanınıb, ölən şəxslərin ailələri məlumatlandrılıb.
Qeyd edək ki, İsrail ordusu may ayının əvvəlində Qəzza zolağında
Misirlə həmsərhəd Rəfah şəhərində hərbi əməliyyata başlayıb.





























