Bakı. Trend:
Rusiyanın yeni müdafiə naziri Andrey Belousov Belarusda işgüzar
səfərdədir.
Trend xəbər
verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti
məlumat yayıb.
Məlumata görə, hava limanında Belousovu belaruslu həmkarı Viktor
Xrenin qarşılayıb.
Qeyd olunub ki, səfər çərçivəsində Andrey Belousovun Viktor
Xreninlə işgüzar görüşü keçiriləcək. Görüşdə ikitərəfli hərbi və
hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Qeyd edək ki, mayın 13-də Andrey Belousov Rusiyanın müdafiə
naziri təyin edilib. Bildirilib ki, əvvəlki hökumətdə A.Belousov
Baş nazirin birinci müavini vəzifəsində işləyirdi.
Rusiya Prezidenti Vladimir Putin həmçinin Sergey Şoyqunun
Təhlükəsizlik Şurasının katibi təyin edilməsi ilə bağlı sərəncam
imzalayıb. Bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.





























