Advertisement

Salvador sahillərində 5,0 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

Salvador sahillərində 5,0 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in
məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi
xəbər verib.

Məlumata əsasən, təbii fəlakətin episentri Usulutan şəhərindən
46 km cənubda olub. Zəlzələnin ocağı 65 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami
təhlükəsi elan olunmayıb.