Bakı. Trend:
2024-cü ilin yanvar-aprel aylarında Türkiyəyə 12 milyon 678 min
959 nəfər səfər edib ki, onların da 10,6 milyondan çoxu xarici ölkə
vətəndaşları, qalanları isə Türkiyə vətəndaşlığı olan diaspor
nümayəndələridir.
Trend xəbər verir ki, bu gün Türkiyənin Mədəniyyət və Turizm
Nazirliyi cari il üçün turist axını ilə bağlı son məlumatları
açıqlayıb.
Nazirliyin məlumatına görə, hesabat dövründə Türkiyəyə
gələnlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 11,75 faiz
artıb. 2024-cü ilin yanvar-aprel aylarında ən çox xarici vətəndaş
Almaniyadan gəlib (1,1 milyondan çox). Sonrakı yerləri Rusiya
(1,078 milyon) və İran (946 mindən çox) tutur. Beşliyi Bolqarıstan
və Böyük Britaniya tamamlayır.





























