Advertisement

Ərdoğan Azərbaycanla bu sənədi təsdiqləyib

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası
Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial
Ticarət Sazişi”nə dəyişiklik haqqında Protokol”u təsdiqləyib.

Trend xəbər verir ki, bu
barədə məlumat türk mətbuatında dərc olunub.

Xatırladaq ki, sözügedən sənəd ötən il aprelin 29-da imzalanıb.
Həmin ilin iyul ayında Azərbaycan tərəfindən sənəd təsdiqlənib. Bu
ilin mayında isə yenilənmiş Preferensial Ticarət Sazişinə daxil
olan məhsulların adı açıqlanıb.