Bakı. Trend:
ABŞ-nin müdafiə naziri Lloyd Ostin tibbi prosedurdan sonra
vəzifəsinin başına qayıdıb.
Trend xəbər
verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, səhhətində yaranan problemlə əlaqədar olaraq
Ostin Uolter Rid adına Milli Hərbi-Tibbi Mərkəzində 2,5 saatlıq
invaziv qeyri-cərrahi tibbi prosedurdan uğurla keçib və artıq
vəzifə öhdəliklərinin başına qayıdıb.
Ostinin qrafikində heç bir dəyişikliyin olmadığı qeyd
olunub.
Qeyd edək ki, LLoyd Ostin ötən ilin sonunda xərçəngdən əməliyyat
olunub.





























