Advertisement

İranda qaz xətti partladı: ölənlər və yaralananlar var

Bakı. Trend:

İranın qərbində yerləşən İlam vilayətinin Abdanan şəhərində qaz
boru xəttinin partlaması nəticəsində 2 nəfər ölüb, 2 nəfər xəsarət
alıb.

Trend-in məlumatına görə, bunu İranın Abdanan rayonu qubernatoru
Məhəmməd Rəhmani deyib.

Onun sözlərinə görə, özəl rabitə şirkətlərindən biri tərəfindən
qazıntı aparılarkən təhlükəsizlik məsələlərinə riayət olunmadığı
üçün qaz boru xəttində partlayış baş verib.

“Hadisə nəticəsində iki fəhlə ölüb, biri də yaralanıb. Hadisə
nəticəsində bir yaşayış binası tamamilə dağılıb və bir nəfər
yaralanıb”, – deyə o qeyd edib.

Qeyd edək ki, fevral ayında İranın Fars və Çahar-Mahal və
Bəxtiyari vilayətlərində magistral qaz xətti partladılıb. Nəticədə
müəyyən ərazilərdə qaz verilişində məhdudiyyət yaranıb.