Advertisement

Xankəndidə keçmiş separatçı rejimin funksionerinin evində axtarış aparılıb

Bakı. Trend:

Ermənistanın təhlükəsizlik qüvvələri işğal illərində
Azərbaycanın Xankəndi şəhərində keçmiş separatçı rejimin
funksionerlərindən olan David Sarkisyanın evində axtarış
aparıb.

Trend erməni KİV-lərinə
istinadən xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Ruben
Melikyan sosial şəbəkələrdə məlumat verib.

Məlumata görə, vəkil hələlik başqa təfərrüat açıqlamayıb.

Xatırladaq ki, bundan əvvəl qondarma separatçı rejimin
rəhbərliyi tərəfindən Ağdərədə fəaliyyət göstərən Mişa Qyurcyan
saxlanılıb, rejimin Əsgəran qəsəbəsində funksionerlərindən olan Ayk
Şamiryan isə ev dustaqlığına məhkum edilib.