Advertisement

HƏMAS İsraillə danışıqlara qayıtmaq niyyətində deyil

Bakı. Trend:

Fələstinin “HƏMAS” hərəkatı bildirib ki, İsraillə danışıqlara
qayıtmayacaq.

Trend-in məlumatına görə, bu barədə “Al Mayadin” televiziya
kanalı mənbələrə istinadən bildirib.

Məlumata əsasən, HƏMAS “İsrailin razılığı eldə etməkdə ciddi
yanaşmadığını hesab edir”.

Bundan əvvəl İsrail hakimiyyətinin ABŞ və Qətərlə Fələstinin
“HƏMAS” qruplaşması ilə danışıqları bərpa etmək barədə razılığa
gəldiyi bildirilib. Danışıqlar prosesinin gələn həftə başlayacağı
gözlənilirdi.