Bakı. Trend:
Türkiyənin İstanbul vilayətində yerləşən tütün məmulatlarının
satıldığı mağazada partlayış baş verib.
Trend-in məlumatına görə, bu barədə hadisə Küçükçekmece
rayonunda qeydə alınıb.
Məlumata əsasən, axşam saatlarında iki maskalı şəxs mağazanın
içərisində səs bombası ataraq qaçıb.
Hadisə nəticəsində iki nəfər yaralanıb. Onlar xəstəxanaya
yerləşdirilib.





























