Bakı. Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski mayın 27-də İspaniyaya
səfər edəcək.
Trend-in
məlumatına görə, bu barədə “Frans Press” agentliyi məlumat
yayıb.
“Zelenskini burada ölkənin Baş naziri Pedro Sançes qəbul
edəcək”, – məlumatda deyilir.
Məlumata görə, görüşdən sonra birgə mətbuat konfransı
keçiriləcək.
Qeyd edək ki, mayın 15-də Zelenskinin cəbhədəki vəziyyətlə
əlaqədar İspaniya və Portuqaliyaya səfərləri ləğv edilmişdi.
Bundan əvvəl İspaniya Kiyevə yeni hərbi yardım paketinin
hazırlandığını bildirib.





























