Advertisement

Şimali Koreya Yaponiyaya kəşfiyyat peyki buraxmaq planları barədə xəbərdarlıq edib

Bakı. Trend:

Şimali Koreya Yaponiyanı iyunun 3-də gecə yarısına qədər peyk
daşıyıcısı buraxmaq niyyəti barədə xəbərdar edib.

Trend-in məlumatına görə, bu barədə Yaponiya Kİ-vləei xəbər
verib.

Məlumata əsasən,bildirişdə dağıntıların düşəcəyi gözlənilən üç
ərazi müəyyən edilib – ikisi Koreya yarımadasının qərbində və biri
Filippinin Luson adasının şərqindədir.

Yaponiyanın Baş naziri Fumio Kişida müvafiq nazirlik və
idarələrə peykin mümkün orbitə buraxılması ilə bağlı məlumatların
toplanması və təhlili üçün bütün səyləri göstərməyi tapşırıb.

Bildirişə cavab olaraq Yaponiya, ABŞ və Cənubi Koreya rəsmiləri
telefon danışıqlarında Pxenyanı planı dayandırmağa çağıracaqlarını
təsdiqləyiblər. Onlar bildiriblər ki, ballistik raket
texnologiyasından istifadə edilən istənilən buraxılış BMT
qətnamələrini pozacaq.