Advertisement

Yaxın bir neçə ay Gürcüstanın Aİ-yə üzvlük məsələsində həlledici olacaq – Blinken

Bakı. Trend:

ABŞ dövlət katibi Antoni Blinken deyib ki, yaxın bir neçə ay
Gürcüstanın Avropa İttifaqına daxil olması üçün həlledici
olacaq.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamenti
xəbər verib.

Məlumata əsasən, A.Blinken gürcü xalqını Müstəqillik Günü
münasibətilə təbrik edib və “Gürcüstan xalqı üçün son 12 ayın, o
cümlədən Gürcüstanın Avropa İttifaqına üzvlük üçün namizəd statusu
əldə etməsinin tarixi” əhəmiyyətini qeyd edib.

“Növbəti bir neçə ay bu fürsətin reallığa çevrilməsi üçün
həlledici olacaq”, – deyə dövlət katibi vurğulayıb.

O əlavə edib ki, ABŞ gürcü xalqının Avro-Atlantik gələcəyə olan
istəklərini güclü şəkildə dəstəkləməyə davam edəcək və Gürcüstan
rəhbərliyini “Gürcüstanı düzgün istiqamətdə irəliləmək üçün lazımi
addımları atmağa” çağırıb.

Eyni zamanda, A.Blinken Vaşinqtonun “Gürcüstana vətəndaşlarının
böyük əksəriyyətinin arzuladığı təhlükəsiz, firavan Avropa
demokratiyasını qurmağa kömək etməyə” hazır olduğunu açıqladı.