Bakı. Trend:
Çin Xalq Respublikasının Dövlət Şurasının Baş naziri Li Tsyan
Yaponiyanın Baş naziri Fumio Kişida ilə görüşdə ölkələr arasında
münasibətləri konsensus əsasında inkişaf etdirməyə hazır olduğunu
bəyan edib.
Trend-in
məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyi xəbər
verib.
Məlumata əsasən, həmin konsensus Yaponiya Nazirlər Kabinetinin
rəhbərinin Çin lideri Si Tszinpinlə ötən ilin noyabrında
San-Fransiskoda görüşündə əldə olunub.
Çinin Baş naziri deyib ki, tarixi problemlər və Tayvan məsələsi
“Çin-Yaponiya münasibətlərinin siyasi əsasları ilə bağlı əsas
fundamental məsələlərdir”:
“Tayvan məsələsi Çinin əsas maraqlarının mərkəzində dayanır və
qırmızı xəttdir. Ümid edirəm ki, Yaponiya öz vədlərini yerinə
yetirəcək və iki ölkə arasında münasibətlərin davamlı inkişafı üçün
müsbət atmosfer yaradacaq”.





























