Bakı. Trend:
2024-cü ilin yanvar-aprel ayında Türkiyədə Rusiya kapitalı ilə
43 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə
müqayisədə 350 şirkət azdır.
Trend-in TurkicWorld-ə istinadən
xəbərinə görə, bu barədə Türkiyə Ticarət və Sənaye Palatasından
(TOBB) məlumat verilib.
Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan
Rusiya şirkətlərinin sayının azalması ilə yanaşı, onların ümumi
kapitalı da azalıb.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Rusiya
şirkətlərinin məcmu kapitalı 51,1 milyon türk lirəsi olduğu halda,
2023-cü ilin eyni dövründə bu rəqəm 606,1 milyon türk lirəsi təşkil
edib”, – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-aprel ayında
Rusiya şirkətlərinin əksəriyyəti İstanbulda (26) qeydiyyata
alınıb.
“İstanbulda qeydiyyatdan keçən Rusiya şirkətlərinin ümumi
kapitalı 8 milyon türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd
edilib.
Məlumata əsasən ki, 2024-cü ilin yanvar-aprel ayında Türkiyədə
Rusiya kapitalı ilə 23 ticarət şirkəti qeydiyyata alınıb.
Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak
edir.





























