Advertisement

Yeni Kaledoniyadakı iğtişaşlar Makronun prezidentliyinin ən ciddi böhranlarından biri oldu – “The Sunday Times”

Bakı. Trend:

Yeni Kaledoniyadakı iğtişaşlar Makronun prezidentliyinin ən
ciddi böhranlarından biri oldu.

Trend xəbər
verir ki, bu barədə analitik Metyu Kempbel Böyük Britaniyanın “The
Sunday Times” qəzetindəki məqaləsində yazıb.

Onun sözlərinə görə, Fransanın qəddar müstəmləkə tarixi onun
bugünkü siyasətinə güclü təsir göstərir.

Müəllif vurğulayır ki, Paris yalnız Yeni Kaledoniyada kütləvi
etirazlara səbəb olan siyasətinin uğursuzluğunda kimi
günahlandıracağını axtarır.

“Fransa kənar qüvvələri 140 adaya səpələnmiş 270 000 nəfər
əhaliyə malik ərazidə narazılığı qızışdırmaq üçün köhnə müstəmləkə
incikliklərindən istifadədə günahlandırır”, – deyən müəllif Parisin
sosial şəbəkələrdə guya Azərbaycandan olan istifadəçilərin
paylaşdığı EndFrenchColonialism heştəqli məlumatları belə izləyə
bildiyini əlavə edib.

Fransa diplomatik mənbəsinə istinad edən Kempbell bu xarici
ərazinin Paris üçün xüsusi önəm daşıdığını bildirib.

“Yeni Kaledoniya dünyanın nikel ehtiyatlarının dörddə birinə
sahibdir ki, bundan da hibrid avtomobillərdə akkumulyatorların,
eləcə də, sikkələrin, zirehlərin və turbin qanadlarının
hazırlanmasında istifadə olunur”, – məqalədə deyilir.

Fransa prezidentinin Yeni Kaledoniyaya son səfərini şərh edən
müəllif qeyd edir ki, Makron Fransa loyalçıları və müstəqillik
tərəfdarları ilə görüşdən 12 saat sonra ölkəyə qayıtmazdan əvvəl
əraziyə bu yeni gələnlərin səsverməsinə icazə verən səsvermə
islahatlarını təxirə salmağa razılaşıb.

“Parlamentin hər iki palatasının xüsusi Fransa konqresinin yaxın
günlərdə Versalda gözlənilən islahatı etirazlara səbəb oldu.

Əhalinin 40 faizini təşkil edən, Fransa və Avropa seçkilərində
səsvermə hüququna malik olan yerli kanaklar immiqrantlara səsvermə
hüququnun verilməsinin yerli əhalinin səsvermə səlahiyyətlərini
azaldacağından və müstəqillik əldə etmə yolunda çətinliklər
yaradacağından ehtiyat edirdi”, – deyə analitik yazır.

Münaqişəyə tarixi nöqteyi-nəzərdən yanaşan Kempbel münaqişənin
köklərinin tarixin dərinliklərinə uzandığını vurğulayıb. Onun
sözlərinə görə, XIX əsrin əvvəllərində bu bölgə yalnız balina
ovçuları və qul tacirlərini cəlb edirdi, yerli kanaklar isə
oğurlanır və ya əsir götürülürdü.

“Bu gün ərazi Fransadan ayrılmaq ümidi ilə ikinci dəfə səsvermə
tələb edən kanaklar və onun tərkibində qalmaq istəyən ağ mühacirlər
olan kaldolar (avropaəsilli fransızdilli əhali) arasında
həmişəkindən daha dərindən parçalanıb”, – məqalədə deyilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun

Translation results available