Bakı. Trend:
Cari İran ilinin 2 ayı (20 mart -20 may 2024) ərzində İranın
şimal-qərbində yerləşən Ərdəbil vilayətinin Biləsuvar sərhəd
terminalı qeyri-neft məhsul ixracı ötən ilin analoji dövrü (21 mart
-21 may 2023) müqayisədə 43% artıb.
Trend-in məlumatına görə, bunu İranın Ərdəbil vilayəti yol və
nəqliyyat idarəsinin baş direktoru Kəlimulla Vosuqi deyib.
Onun sözlərinə görə, 2 ay ərzində Biləsuvar sərhəd terminalından
130 min ton qeyri-neft məhsulu ixrac olunub. Məhsullar 6 min yük
maşını vasitəsi ilə daşınıb.
Vosuqi deyib ki, ixrac olunan qeyri-neft məhsulları əsasən
keramika, şüşə, kartof, tikinti materialları, duz və profil
olub.
İdarə rəsmisi qeyd edib ki, 2 ay ərzində Biləsuvar sərhəd
terminalı vasitəsi ilə 5,32 min ton məhsul idxal olunub. Məhsul
idxalı ötən ilin analoji dövrü ilə müqayisədə 12% artıb.
Vosuqi deyib ki, 2 ayda Biləsuvar sərhəd terminalı üzərindən
təxminən 175 min ton məhsul tranzit olunub.
Qeyd edək ki, İranın Biləsuvar sərhəd terminalı Azərbaycanla
sərhəddə yerləşir.
Əlavə edək ki, İranın Gömrük Administrasiyasının statistikasına
əsasən, cari İran ilinin 1-ci ayında İranın qeyri-neft məhsul
ixracı 3,17 milyard dollar dəyərində 9,7 milyon ton təşkil edib.
1-ci ayda İranın qeyri-neft məhsul ixracı ötən ilin analoji ayı ilə
müqayisədə dəyər baxımından 16,9%, çəki baxımından 9,66%
azalıb.





























