Advertisement

Gürcüstan hakimiyyətinin Aİ-yə daxil olma arzusunun qarşısını kəsməsi inanılmaz ağrıvericidir – Almaniya XİN rəhbəri

Bakı. Trend:

Gürcüstan hakimiyyətinin Avropa İttifaqına (Aİ) daxil olma
arzusunun qarşısını kəsməsi inanılmaz ağrıvericidir.

Trend xəbər
verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok
Gürcüstan hökumətinin”Xarici təsirin şəffaflığı haqqında” qanun
layihəsi ilə bağlı qərarına münasibət bildirərkən deyib.

“Bu, Gürcüstanın Aİ-yə daxil olmaq arzusunun qarşısını kəsəcək”,
– o deyib.

Xatırladaq ki, mayın 14-də Gürcüstan parlamenti “Xarici təsirin
şəffaflığı haqqında” qanun layihəsini yekun, üçüncü oxunuşda qəbul
edib. Qanun layihəsi xarici maliyyələşdirilməsi 20 faizi ötən QHT
və KİV-in xüsusi reyestrdə qeydiyyatdan keçməsini və hər il
bəyannamə doldurmasını tələb edir.

Gürcüstan prezidenti Salome Zurabişvili mayın 18-də qanun
layihəsinə veto qoymuşdu.

Gürcüstan parlamentinin Hüquqi Məsələlər Komitəsi mayn 27-də
keçirilən iclasda ölkə prezident Salome Zurabişvilinin “Xarici
təsirin şəffaflığı haqqında” haqda qanun layihəsinə vetosunu ləğv
edib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun