Advertisement

Bu ölkə Aİ-nin Rusiyaya qarşı 14-cü sanksiyalar paketini dəstəkləməyəcək

Bakı. Trend:

Macarıstan Avropa İttufaqının (Aİ) Rusiyaya qarşı 14-cü
sanksiyalar paketini dəstəkləməyəcək.

Trend xəbər
verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto
Brüsseldə Macarıstan jurnalistlərinə deyib.

Onun sözlərinə görə, sanksiyalar paketi Macarıstanın iqtisadi
maraqlarına tamamilə ziddir və ölkənin enerji təminatına dair
təhlükəsizliyini təhdid altında qoya bilər.

“Bu səbəbdən Macarıstan hökuməti bu sanksiyalar paketini qəbul
etməyəcək”, – deyə nazir əlavə edib.

Xatırladaq ki, aprel ayında Aİ-nin Rusiyaya qarşı 14-cü
sanksiyalar paketi üzərində işlədiyi barədə məlumat yayılıb.

Məlumata görə, yeni paket məhdudiyyətlərdən yan keçənlərlə
mübarizəyə yönələcək və onlara qarşı sanksiyalar tətbiq
olunacaq.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun