Advertisement

Zelenski İspaniyada səfərdədir – Trend.Az

Bakı. Trend:

Ukrayna prezidenti Volodimir Zelenski İspaniyada rəsmi
səfərdədir.

Trend xəbər
verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.

Zelenskini İspaniiya kralı VI Felipe şəxsən qarşılayıb.

Ukrayna prezidenti İspaniyanın baş naziri Pedro Sançeslə
təhlükəsizlik təminatı barədə saziş imzalayıb. Sazişə əsasən
İspaniya 1,13 milyard avroluq yeni hərbi yardım paketi çərçivəsində
Ukraynaya hava hücumundan müdafiə sistemi üçün “Patriot” zenit
raketləri və “Leopard” tankları verəcək.

Qeyd edək ki, mayın 15-də Zelenskinin cəbhədəki vəziyyətlə
əlaqədar İspaniya və Portuqaliyaya səfərləri ləğv edilmişdi.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun