Advertisement

Kəşfiyyat peykinin buraxılışı uğursuz olub – Pxeyan

Bakı. Trend:

Şimali Koreyanın Milli Aerokosmos Texnologiyaları
Administrasiyası hərbi kəşfiyyat peykinin orbitə çıxarılması
cəhdinin uğursuz olduğunu açıqlayıb.

Trend xəbər verir ki, ölkənin
Pxeyan agentliyi məlumat yayıb.

Agentlik uğursuzluğa peyki orbitə aparmalı olan raketin
buraxılışdan bir qədər sonra havada partlaması səbəb olduğunu bəyan
edib.

Qeyd edək ki, Şimali Koreya Yaponiyanı mayın 27-dən iyunun 3-dək
olan müddətdə hərbi kəşfiyyat peykini orbitə çıxaracağı barədə
məlumatlandırıb. Pxenyanın peyki orbitə çıxarmaq cəhdi Cənubi
Koreya, Çin və Yaponiya liderlərinin Seulda keçirilən üçtərəfli
toplantısı ilə eyni günə təsadüf edib.