
Bakı. Trend:
Finlandiya müdafiə sənayesi sursat istehsalını artırmaq üçün
Avropa İttifaqından (Aİ) 32,5 milyon avro dəyərində maliyyə vəsaiti
alıb.
Trend xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyi
məlumat yayıb.
Finlandiya əvvəlcə Aİ-dən 24 milyon avro istəmişdi, ancaq tələb
olunan məbləğdən artıq vəsait alıb.





























