Advertisement

ABŞ-da atışma olub, ölən var

Bakı. Trend:

ABŞ-ın Çikaqo şəhərində atışma olub

Trend xəbər verir ki, atışma zamanı beş yaşlı qız öldürülüb.

“Küçədə dayanan bir qrup şəxs arasında atışma olub. Güllə park
halında olan avtomobildə oturan qızın qarın boşluğuna tuş gəlib. O,
xəstəxanaya aparılsa da, sonra dünyasını dəyişib”, – deyə polis
bildirib.

Hadisə yerinə yol polisi və təcili tibbi yardım briqadaları cəlb
olunub.

Faktla bağlı araşdırma aparılır.