Bakı. Trend:
Ermənistanın müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi
nümayəndə heyəti Brüsselə yollanıb.
Trend xəbər
verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat
yayıb.
Bildirilib ki, səfər işgüzar xarakter daşıyır. Səfərlə bağlı
digər təfərrüat açıqlanmayıb.
Qeyd edək ki, Papikyan mart ayının əvvəlində İrana səfər
edib.





























