Advertisement

BMT Əfqanıstandakı missiyasının mandatını daha bir il uzadıb

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatının Əfqanıstandakı Yardım
Missiyasının mandatı daha bir il uzadılıb.

Trend xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının
Təhlükəsizlik Şurasının Əfqanıstanla bağlı sessiyasında qətnamə
layihəsi yekdilliklə qəbul edilib.

Qətnamədə Missiyasının vəzifə və səlahiyyətləri dəyişdirilməyib
və Əfqanıstan üzrə xüsusi nümayəndə Roza Otunbayeva yenidən rəhbər
təyin edilib.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Əfqanıstandakı
Yardım Missiyasının təxminən 1200 əməkdaşı var.