Advertisement

Belçika Ukraynaya 30 ədəd F-16 qırıcısı göndərəcək

Bakı. Trend:

Belçika 2028-ci ilədək Ukraynaya 30 ədəd F-16 qırıcısı
göndərəcək.

Trend xəbər
verir ki, bu barədə Belçikanın xarici işlər naziri Hadija Labib
yerli KİV-ə deyib.

Onun sözlərinə görə, ilk qırıcılar bu il tədarük olunacaq.

Qeyd edək ki, bu ilin əvvəlində ABŞ Müdafiə Nazirliyinin mətbuat
katibi Patrik Rayder ABŞ-nin bu il Ukraynaya F-16 qırıcıları
göndərməyi proqnozlaşdırdığını deyib. Lakin Rayder qırıcıların
Ukraynaya çatdırılması üçün hər hansı bir müddət qeyd etməyib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun