
Bakı. Trend:
Avstriya hökuməti Rusiya qazının alınmasını tamamilə
dayandırmağı qarşısına məqsəd qoyub.
Trend xəbər verir ki, bunu ölkənin Xarici İşlər Nazirliyinin
rəhbəri Aleksandr Şallenberq amerikalı həmkarı Antoni Blinkenlə
keçirdiyi mətbuat konfransında deyib.
“Avstriya hökumətinin məqsədi 2027-ci ilə qədər Rusiya qazından
tamamilə azad olmaqdır”, – deyə A.Şallenberq vurğulayıb.
Daha əvvəl Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen
bildirmişdi ki, qurum Rusiya kənd təsərrüfatı məhsullarının
idxalını məhdudlaşdırmaq perspektivini nəzərdən keçirir.





























