
Bakı. Trend:
Slovakiyanın Bratislava və Koşitse şəhərlərində minlərlə fəalın
hökumət əleyhinə mitinqləri keçirilib.
Trend xəbər verir ki, nümayişçilər respublika hökumətinin
İctimai Televiziya və “Slovak” radiosuna nəzarəti kəskin şəkildə
gücləndirmək planlarına etiraz ediblər.
Bratislavada hökumət əleyhinə mitinqdə təxminən 15 min fəal
iştirak edib.
Etirazları Slovakiyanın parlament müxalifətinin liberal
partiyaları təşkil edib.





























