Advertisement

Gürcüstan parlamenti xarici agentlər haqqında qanuna vetonu ləğv edib

Bakı. Trend:

Gürcüstan parlamenti prezident Salome Zurabişvilinin “xarici
agentlər” haqqında qanuna qoyduğu vetonun əleyhinə səs verib.

Trend-in məlumatına görə, parlamentin iclası qanunverici orqanın
internet saytında canlı yayımlanıb. Beləliklə, Gürcüstan parlamenti
vetonu ləğv edib.

Prezidentin vetosunun əleyhinə 66 deputat səs verib. Bundan
sonra deputatlar qanunun orijinal variantına dair səs veriblər.
Bunu 84 deputat dəstəkləyib, 4 millət vəkili isə əleyhinə səs
verib.