Bakı. Trend:
ABŞ “Taliban”ı Əfqanıstanın qanuni hakimiyyəti kimi tanımağı
planlaşdırmır.
Trend-in məlumatına görə, bu barədə Ağ Evin müşaviri Con Kirbi
deyib.
“Biz Talibanı Əfqanıstanın rəsmi hakimiyyəti kimi tanımaq
fikrində deyilik. Və əgər Rusiya belə bir tanınma ilə razılaşarsa,
başqalarına yanlış siqnal göndərəcək”, – deyə o brifinq zamanı
bildirib.
Bu şəkildə C.Kirbi jurnalistin Vaşinqtonun Rusiyanın Talibanı
Əfqanıstanın qanuni hakimiyyəti kimi tanıması ideyasına necə
baxması ilə bağlı sualını cavablandırıb.
Qeyd edək ki, ötən gün Rusiya prezidenti Vladimir Putin deyib
ki, hazırda Əfqanıstanda “Taliban” hərəkatı hakimiyyətdədir və
onlarla münasibətlər reallıq əsasında qurulmalıdır.





























