Advertisement

Demokratlar Partiyası Baydeninin namizədliyini qiyabi olaraq irəli sürücəklər

Bakı. Trend:

Demokratlar Partiyasının Milli Komitəsi partiyanın milli
qurultayı ərəfəsində noyabrda keçiriləcək seçkilərdə hazırkı ABŞ
prezidenti Co Baydeni qiyabi olaraq prezidentliyə namizəd kimi
irəli sürmək niyyətindədir.

Trend-in məlumtına görə, bu barədə Komitə sədri Ceymi
Harrinsonun məktubunda bildirilib.

Məlumata əsasən, bu qərar, partiyaların prezident seçkilərinə ən
azı 90 gün qalmış namizəd irəli sürməsini tələb edən Ohayo
qanunundan irəli gəlir, əks halda onlar ştatda səsvermədə iştirak
etməyəcəklər. C.Harrison Demokratların Baydenin adının 50 ştatın
hamısında səsvermə bülletenində olmasını təmin etmək üçün ştat
nümayəndələrinin səslərini virtual olaraq sayacağını açıqladı:

“Co Bayden Ohayoda və 50 ştatın hamısında səsvermə bülletenində
qeyd olunacaq və Ohayo respublikaçıları bununla razılaşıb. Ancaq
hərəkət etmək vaxtı gələndə, onlar iş göməyiblər, buna görə də
Demokratlar bu təyyarəni təkbaşına endirəcəklər”.