Advertisement

Hindistanda “Remal” siklonu nəticəsində ölənlərin sayı 27-ə çatıb

Bakı. Trend:

Hindistanın Mizoram əyalətində güclü “Remal” siklonu səbəbindən
ölənlərin sayı artıb.

Trend-in
məlumatına görə, baş verən torpaq sürüşmələri nəticəsində ölənlərin
sayı 27-yə çatıb

Daha əvvəl Mizoram ştatındakı karxanalardan birində baş verən
çökmə və sürüşmə nəticəsində azı 15 nəfərin həlak oluduğu
bildirilirdi.

Hindistan Meteorologiya İdarəsindən bildirilib ki, sürəti saatda
125 km/saat-a çatan küləkdən sonra leysan yağış yağıb.

Güclü yağış və külək evlərə ziyan vurub, bir çox kənd
yerlə-yeksan edilib, elektrik dirəkləri aşıb.