Advertisement

Bu ölkədə “Ramazan ayı siqareti tərgitmək üçün bir fürsətdir” şüarı ilə vərəqələr paylanıb

Bakı. Trend:

İsveçin paytaxtı Stokholmda son 6 ildir davam edən “Ramazanda
siqaretdən imtina et” kampaniyası bu il də həyata keçirilir.

Trend bu barədə xarici
KİV-lərə istinadən xəbər verir.

Stokholm Bələdiyyəsinin Cinayətkarlığın qarşısının alınması üzrə
Milli Şurasının koordinatoru Anett Peterson məscidlərdə “Ramazan
ayı siqareti tərgitmək üçün bir fürsətdir” şüarı ilə vərəqələr
paylayıb.

“Bütün gün siqaret çəkmədiyiniz zaman siz siqareti tərgitməyin
yeni mərhələsinə qədəm qoyursunuz. Siz də Ramazan ayında siqaretdən
tamamilə imtina edə bilərsiniz”, – Peterson qeyd edib.