Bakı. Trend:
Gürcüstan parlamentin spikeri Şalva Papuaşvili “Xarici təsirin
şəffaflığı haqqında” qanun layihəsini prezident Salome
Zurabişvilinin əvəzinə özünün imzalayacağını bildirib.
Trend xəbər
verir ki, Papuaşvili bu barədə mətbuat konfransında deyib.
“Qanun dünən prezident administrasiyasına göndərilib. Hazırda
imzanı gözləyirik. Böyük ehtimalla, Zurabişvili qanunu
imzalamayacaq. Müvafiq olaraq, qanunu mən imzalayacağam”, – o
deyib.
Xatırladaq ki, mayın 14-də Gürcüstan parlamenti “Xarici təsirin
şəffaflığı haqqında” qanun layihəsini yekun, üçüncü oxunuşda qəbul
edib. Qanun layihəsi xarici maliyyələşdirilməsi 20 faizi ötən QHT
və KİV-in xüsusi reyestrdə qeydiyyatdan keçməsini və hər il
bəyannamə doldurmasını tələb edir.
Gürcüstan prezidenti Salome Zurabişvili mayın 18-də qanun
layihəsinə veto qoymuşdu.
Gürcüstan parlamentinin Hüquqi Məsələlər Komitəsi mayn 27-də
keçirilən iclasda ölkə prezident Salome Zurabişvilinin “Xarici
təsirin şəffaflığı haqqında” haqda qanun layihəsinə vetosunu ləğv
edib.
Prosedura əsasən, veto aradan qaldırıldıqdan sonra üç gün
ərzində qanun yenidən imzalanması üçün prezidentə göndərilir.
Dövlət başçısı 5 gün ərzində qanunu imzalamadıqda qanun parlamentin
spikeri tərəfindən imzalanır və qüvvəyə minir.





























