Bakı. Trend:
Rusiya və Ukrayna arasında əsir mübadiləsi artıq bir neçə aydır
ki, dayandırılıb.
Trend Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın
insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova Rusiya Dövlət
Dumasının vətəndaş cəmiyyətinin inkişafı üzrə komitəsinin iclasında
deyib.
“Müdafiə Nazirliyi ilə çox sıx əməkdaşlıq edirik və insanların
əsirlikdən qayıtması üçün gördükləri böyük işlərə görə onlara
xüsusi təşəkkür etmək istərdim. Əfsuslar olsun ki, daima yeni
uydurma tələblər irəli sürən Ukraynaya görə mübadilələr bir neçə
aydır ki, dayandırılıb”, – o deyib.
Ombudsman insanların həyəcanını və gərginliyini hiss etdiyini və
dövlətin gördüyü tədbirlər barədə məlumatı onlara çatdırmaq üçün
mümkün olan hər şeyi etdiyini bildirib.
Bundan başqa, Moskalkova Ukrayna ombudsmanı və Beynəlxalq Qızıl
Xaç Komitəsi ilə dialoq apardıqlarını və qarşılıqlı şəkildə
əsirlərə baş çəkdiklərini əlavə edib.





























