Bakı. Trend:
Bir çox analitiklər hesab edir ki, SSRİ dağıldıqdan və Varşava
Müqaviləsi Təşkilatı fəaliyyətini dayandırdıqdan sonra NATO-nun
buraxılmaması səhv idi.
Trend xəbər
verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov
Ukrayna münaqişəsinin tənzimlənməsi mövzusunda xarici diplomatik
missiyaların rəhbərləri ilə görüşdə deyib.
“Bu gün bir çox tarixçilər, yerli politoloqlar, Qərbdəki
ekspertlər ilk öncə həmkarlarının uzun illər, ola bilsin ki, hətta
onilliklər boyu danışdıqlarını deyirlər.
Daha doğrusu, Varşava Müqaviləsi ləğv ediləndə, Sovet İttifaqı
Avropa, ABŞ və bütövlükdə Qərblə bərabər hüquq, qarşılıqlı fayda,
qarşılıqlı hörmət əsasında birləşmək üçün açılanda heç kim NATO-nu
buraxmadı. Bir çoxları bunun səhv olduğunu hesab edir”, – o
deyib.





























