Bakı. Trend:
David Karapetyan Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) baş
katibi təyin edilib.
Trend
Ermənistan KİV-ə istinadən xəbər verir ki, müvafiq qərar ölkənin
baş naziri Nikol Paşinyan tərəfindən imzalanıb.
Qərara əsasən, Karapetyan üçün 12 aylıq sınaq müddəti müəyyən
olunub.
Qeyd edək ki, David Karapetyan bundan əvvəl Ermənistan XİN-in
baş katibi səlahiyyətlərini icra edən şəxs olub.
2023-cü ilin iyun ayında Ermənistan XİN-in baş katibi Artak
Qabrielyanın vəzifəyə təyin olunmasında pozuntulara yol verildiyi
aşkarlandığı üçün Qabrielyan vəzifəsini tərk etməli olub. Ondan
əvvəl isə bu vəzifəni Vaaqn Melikyan icra edib.





























