Bakı. Trend:
İranlı ekskpertlər indiyə kimi İran prezidenti İbrahim Rəisi və
onu müşayiət edən heyəti Xudafərindən Təbrizə aparan helikopterin
hər hansı xarici tərəf tərəfindən vurulması ilə əlaqədar heç bir
səbəb aşkarlamayıblar.
Trend-in məlumatına görə, bunu İran prezidentinin qayınatası və
İranın Ali Liderinin Rəzəvi Xorasan vilayəti üzrə nümayəndəsi Əhməd
Ələmolhoda deyib.
Onun sözlərinə görə, ekspertlər İran prezidentinin qəzaya
uğramasının müxtəlif səbəblərini araşdırıblar. Helikopterin qəzaya
uğramasında müxtəlif ehtimallar irəli sürülürdü. Bu ehtimallara
hadisənin qəza olması, yaxud xarici amil faktorunun olub-olmaması
daxil idi.
Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici
işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz
üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan
vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan
helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb.
Qəza nəticəsində 9 nəfər həlak olub.





























