Advertisement

BMT baş katibi Putin, Zelenski və Ərdoğana məktublar göndərib

Bakı. Trend:

BMT-nin baş katibi Antonio Quterreş Rusiya, Türkiyə və Ukrayna
prezidentlərinə məktublar göndərib.

Trend xarici
KİV-lərə istinadən xəbər verir ki, Quterreşin rəsmi nümayəndəsi
Stefan Düjarrik məlumat yayıb.

Məlumata görə, Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Volodimir
Zelenskiyə ünvanlanan məktubların mövzusu gəmiçiliklə bağlı
olub.

“Ticarətin və ərzaq tədarükünün davam etməsi, eləcə də gəmilərin
təhlükəsizlikdə olması üçün bütün tərəflərlə danışıqları davam
etdiririk”, – BMT baş katibinin rəsmi nümayəndəsi deyib.

Düjarrik həmçinin, Qara dəniz vasitəsilə ərzaq və kənd
təsərrüfatı məhsullarının ixracı məsələsinin əhəmiyyətini
vurğulayıb.

Onun sözlərinə görə, Qara dənizdən keçən gəmilər üçün dəniz
minaları və limanlara zərbələr təhlükə törədir.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun