Bakı. Trend:
Rusiyanın tanınmış kino və teatr aktrisası, Rusiya
Federasiyasının Əməkdar artisti, teleaparıcı Anastasiya Zavorotnyuk
53 yaşında vəfat edib.
Trend xəbər
verir ki, bu barədə aktrisanın direktoru Stanislav Xristov TASS
agentliyinə bildirib.
“Əfsuslar olsun ki, Anastasiya vəfat etdi”, – o deyib.
Qeyd edək ki, Anastasiya Zavorotnyuk uzun müddətdir ki, xərçəng
xəstəliyindən əziyyət çəkirdi.





























