Advertisement

Britaniya parlamenti seçkilər ərəfəsində işini dayandırıb

Bakı. Trend:

Böyük Britaniya parlamenti iyulun ümumi seçkilərlə əlaqədar
mayın 30-da işini dayandırıb.

Trend Britaniya mediasına istinadən xəbər verir ki, parlamentin
hər iki palatasında bütün işlər tamamlanıb. Deputat yerlərinin
hamısı 2024-cü il iyulun 4-də keçiriləcək ümumi seçkilər başa
çatana qədər boş qalır.

Qeyd edək ki, Britaniyada parlamentin seçkidən əvvəl buraxılması
standart prosedurdur.

İyulun 9-da parlament spikerin seçilməsi və deputatların and
içməsi üçün yeni tərkibdə toplanacaq. Parlamentin açılış mərasimi
iyulun 17-nə təyin edilib.