Advertisement

Azərbaycanın Litvadakı səfirliyi tərəfindən nəşr olunan yeni tarix kitabı UNESCO-dan dəstək alıb

Bakı. Trend:

Azərbaycanın Litvadakı səfirliyi tərəfindən nəşr olunan “Litva
tatarlarının tarixi və Azərbaycanın qədim tarixi” kitabı UNEOSCO
tərəfindən dəstəklənib.

Trend bu
barədə UNESCO üzrə Azərbaycan Milli Komissiyasının rəsmi “X”
səhifəsinə istinadən xəbər verir.

“”Litva tatarlarının tarixi və Azərbaycanın qədim tarixi” kitabı
Azərbaycanın Litvadakı səfirliyi tərəfindən UNEOSCO-nun dəstəyilə
nəşr olunub”, – paylaşımda deyilir.

Qeyd edək ki, kitabın elmi redaktoru ictimai-siyasi xadim,
ədəbiyyatşünas alim, filologiya elmləri doktoru Vilayət
Quliyevdir.

Kitab ötən yüzilliyin 20-ci illərində respublikamızın ərazisində
aparılan bütün arxeoloji ekspedisiyaların iştirakçısı və
Azərbaycanın ilk arxeoloqlarından birinə – Litva tatarı Cəmil
Aleksandroviçə (Nasıfiyə) həsr olunub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun