Advertisement

Xamenei Suriya prezidentini qəbul edib

Bakı. Trend:

İranın Ali Rəhbəri Seyid Əli Xamenei bu gün Tehranda səfərdə
olan Suriya prezidenti Bəşər Əsədi qəbul edib.

Trend bu
barədə “Ynet” portalına istinadən xəbər verir.

Məlumata görə, Bəşər Əsəd helikopter qəzasında həlak olan İran
prezidenti İbrahim Rəisi ölümü ilə bağlı başsağlığını bildirib.

Xatırladaq ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici
işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz
üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan
vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan
helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb.

Qəza nəticəsində 9 nəfər həlak olub.